
Kuba Prezidenti Migel Dias-Kanel 22 il ərzində ilk dəfə İrana səfər edib.
Bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, Dias-Kaneli İran Prezidenti İbrahim Rəisi qəbul edib. Tərəflər danışıqların yekunlarına əsasən bir sıra saziş və əməkdaşlıq memorandumu imzalamağı planlaşdırır.
Qeyd edək ki, İrana sonuncu dəfə səfər edən Kuba lideri Fidel Kastro olub. O, 2001-ci ildə İslam Respublikasına səfər edib.