Annalena Berbok Ermənistana səfər edib
Bu barədə Ermənistanın xəbər mənbələri məlumat yayıb
Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistana səfər edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüb. Bu barədə XİN-in sözçüsü Ani Badalyan bildirib. "Gündəliyə ikitərəfli və regional məsələlər daxildir”, - Badalyan sosial şəbəkədə bildirib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda almaniyalı həmkarı Annalena Berbok ilə görüşündə onu İrəvan və Bakı arasında sülh sazişinin tamamlanması üzrə işlər barədə məlumatlandırıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Cənubi Qafqazda sabitliyin təmin edilməsi kontekstində Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi müzakirə edilib. Nazir Mirzoyan bu prosesdəki son inkişafları, o cümlədən Ermənistan – Azərbaycan sülh müqaviləsi layihəsinin tamamlanması istiqamətində aparılan işləri təqdim edib və müqavilənin imzalanmasının vacibliyini vurğulayıb”, – məlumatda qeyd olunub.