XƏBƏRLƏR / Siyasət

Rusiya ermənisi separatçı Abxaziyadan "Putin Yolu" çəkir

Ermənistanda bu ideya bəzi ekspertlər tərəfindən fəal şəkildə müzakirə olunur

Rusiya ermənisi separatçı Abxaziyadan "Putin Yolu" çəkir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Tramp marşrutu" get-gedə gercəkləşən bir vaxtda Moskvada Rusiya, Gürcüstan və Ermənistan arasında Abxaziya vasitəsilə dəmir yolu və avtomobil yolu bağlantısı layihəsi xəyalı təqdim olunub.

    "Vektor Kavkaza" Telegram kanalının məlumatına görə, "Putinin Yolu" adlı təşəbbüs Sovet dövründə mövcud olan nəqliyyat marşrutunun bərpasını nəzərdə tutur. Müəlliflər layihəni Cənubi Qafqaz üçün gələcək vahid nəqliyyat və logistika sisteminin bir hissəsi kimi nəzərdən keçirməyi təklif edirlər.

    Layihə 28 sentyabrda Rusiya və Ermənistan tədqiqat institutlarının iştirakı ilə təşkil olunmuş "Cənubi Qafqazda nəqliyyat və logistika əlaqələrinin inkişaf perspektivləri" adlı beynəlxalq konfransda təqdim edilib.

    Təşəbbüskar Milli Rabitə İnkişafı Tədqiqat İnstitutunun direktoru erməni mənşəli Vladislav Qasumyanov olub. Ermənistanda bu ideya bəzi ekspertlər tərəfindən fəal şəkildə müzakirə olunur və onlar bunu regionun nəqliyyat və geosiyasi konfiqurasiyasındakı dəyişikliklərlə əlaqələndirirlər.

    Qeyd edək ki, Rusiya Gürcüstanın 20% ərazisini işğal edərək qondarma Abxaziya və qondarma Şimali Osetiya "respublikaları" yaradıb. Gürcüstanın qanuni ərazisi olan separatçı Abxaziya ilə heç bir əməkdaşlığa və loqistika əlaqələri yaratmağa razılaşa bilməz. Rusiyanın isə "müstəqil ölkə" kimi tanıdığı qondarma "respublikanı" Gürcüstana qaytarması real görünmür. Buna görə də Rusiyanın ermənilərin əli ilə yaratdığı bu "Putin yolu" layihəsi təbliğat və təxribatdan başqa bir şey deyil, cünki Gürcüstan hakimiyyəti separatçı ərazılərlə heç vaxt əməkdaşlıq etməyəcəyi haqda dəfələrlə kəskin bəyanatlar verib.