Hikmət Hacıyev Netanyahu ilə görüşüb FOTO
Prezidentin köməkçisi İsrailin Baş naziri ilə ikitərəfli münasibətləri müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfəri çərçivəsində bu ölkənin Baş naziri Binyamin Netanyahu ilə görüşüb.
Bu barədə Azərbaycanın İsraildəki səfirliyinin X sosial şəbəkəsində (keçmiş Twitter) səhifəsində məlumat verilib.
“Binyamin Netanyahu Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Baş nazirə çatdıran Hikmət Hacıyevi qəbul edib. Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub."