Hikmət Hacıyev İsraildə Tsaxi Haneqbi ilə görüşüb
Prezidentin köməkçisi İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə ikitərəfli və regional məsələləri müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi ilə görüşüb.
Bu barədə Azərbaycanın İsraildəki Səfirliyi "X" sosial şəbəkəsində bildirib.
Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.