İraqın xarici işlər naziri Azərbaycana gəlir
Bu barədə İraqın Bakıdakı səfirliyindən məlumat verilib
İraqın xarici işlər naziri Fuad Hüseyn bu həftə Azərbaycana səfər edəcək. Bu barədə İraqın Bakıdakı səfirliyindən məlumat verilib.
Fuad Hüseyn Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin toplantısında iştirak edəcək.
İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.