İrəvan və Brüssel sərhəddə "binokl-şou"nu davam etdirəcəklər
Tərəflər Azərbaycanla sərhəddə Aİ Monitorinq Missiyasını (EUMA) saxlamaq barədə razılığa gəliblər
İrəvan və Brüssel Ermənistanın ehtiyac və tələblərindən asılı olaraq müəyyən bir müddət ərzində Azərbaycanla sərhəddə Aİ Monitorinq Missiyasının (EUMA) mövcudluğunu saxlamaq barədə razılığa gəliblər.
Bu müddəa 2 dekabr 2025-ci ildə Brüsseldə qəbul edilmiş və bu gün Ermənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş "Aİ-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəm" sənədində öz əksini tapıb.
Sənəddə deyilir: "Aİ-nin Ermənistandakı Missiyasının (EUMA) Azərbaycanla sərhəd boyunca təhlükəsizlik vəziyyətini izləmək və hesabat vermək, Ermənistanın münaqişədən təsirlənən ərazilərindəki insanların təhlükəsizliyinə töhfə vermək və regionda sülh və sabitliyin dəstəklənməsi üçün inamı artırmaq üçün tam əməliyyat qabiliyyəti təmin edilsin. EUMA-nın mövcudluğunu lazım olduğu qədər saxlamaq üçün çalışın".
Xatırladaq ki, EUMA öz işinə 20 fevral 2023-cü ildə başlayıb. 30 yanvar 2025-ci ildə Aİ Şurası Ermənistandakı Aİ Monitorinq Missiyasının mandatını iki il, 19 fevral 2027-ci ilə qədər uzadıb.
1 dəqiqə