XƏBƏRLƏR / Siyasət

Avrokomissar Marta Kos Ağdama gəlib

Aİ-nin genişlənmə məsələləri üzrə komissarı mina təmizləmə fəaliyyəti ilə tanış olub

Avrokomissar Marta Kos Ağdama gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:30

    Aİ-nin genişlənmə məsələləri üzrə yeni komissarı Marta Kos Ağdamda mina partlayışı prosesini izləyib.

    Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos Ağdama təşkil edilmiş səfər çərçivəsində rayonunun Sarıcalı kəndində mina təmizləmə işləri ilə tanış olub partlayış prosesini izləyib.

    ***

    14:54

    Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun Ağdam şəhərinə səfəri başlayıb.

    Qonağı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

    Ona şəhər haqqında ümumi məlumat verib.

    M.Kos səfər çərçivəsində rayon ərazisində mina təmizləmə fəaliyyəti ilə tanış olacağı planlaşdırılır.

    “Mən Azərbaycan və Avropa İttifaqı arasında əlaqələri yeni səviyyəyə yüksəltməyə can atıram”, - Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdamda jurnalistlərə açıqlamasında deyib.

    “Ümid edirəm ki, bu gün maliyyə razılaşmasını imzalaya biləcəyəm. Hansı ki, bizə bu əraziyə (azad edilmiş ərazilər - ANS Press), xüsusilə də səhiyyə sisteminə vəsait qoymağa imkan verəcək”, - Marta Kos qeyd edib.