Moldova yavaş-yavaş MDB-ni tərk edir
Ölkə parlamenti MDB-nin Parlamentlərarası Assambleyası haqqında Konvensiyaya xitam verib
Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası haqqında Konvensiyanı denonsasiya edib.
Hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatlarının belə bir qərara səs verməsi nəticəsində konvensiyanın denonsasiyası haqqında qərar qəbul edilib.
Ümumilikdə 101 deputatdan 53-ü denonsasiyanın lehinə səs verib.
İyunun sonunda Moldova hökuməti müxtəlif xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında MDB ilə sazişin denonsasiyasını təsdiq etmək barədə qərar qəbul edib.