"Ankara üçtərəfli bəyanatın tərəfi deyil"
Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova Ərdoğanın RSK-nin 2025-ci ildə ölkəni tərk etməsi bəyanatı ilə bağlı deyib
Ankara Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması haqda üçtərəfli bəyanatın tərəfi deyil: Zaxarova Türkiyə Prezidenti R.T.Ərdoğanın RSK-nin 2025-ci ildə Azərbaycanı tərk etməsi bəyanatı ilə bağlı deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinqdə bildirib ki, sülhməramlılar regionda mühüm sabitləşdirici rol oynayır, onların əsas funksiyası atəşkəs rejimini qorumaqdır.
"Bölgədə gərgin vəziyyətin davam etdiyini nəzərə alsaq, onların fəaliyyətinə daha çox tələbat var. Cənubi Qafqazda sülhün qorunması İrəvan və Bakının, o cümlədən Ankaranın da daxil olduğu regional oyunçuların maraqlarından irəli gəlir."