Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək
Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehrana səfər edəcək.
"Mehr"in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyə Prezidentinin Tehrana səfərinin tarixinin müəyyənləşdirilməsi üzərində iş gedir:
"Səfər prinsip etibarilə razılaşdırılıb. Həmkarlarım səfərin dəqiq tarixini müzakirə edirlər".
Xatırladaq ki, Türkiyə xarici işlər naziri Hakan Fidan bir gün əvvəl Tehrana səfər edib. O, iranlı həmkarı Abbas Əraqçi, ölkənin parlament sədri Məhəmməd Baqir Qalibaf və Prezident Məsud Pezeşkian ilə danışıqlar aparıb.
1 dəqiqədən az