Macarıstanın XİN rəhbəri Azərbaycana gəldi
Bu barədə nazir özünün "Facebook" səhifəsində yazıb
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto cümə günü Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin beynəlxalq görüşündə iştirak etmək üçün Bakıya səfərə gəlib. Bu barədə nazir özünün "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, görüşdə onun Cənub-Şərqi Avropadan olan həmkarları da iştirak edəcək.
"Ümid edirik ki, diversifikasiya planlarının konkretləşdirilməsində mühüm irəliləyiş əldə edə biləcəyik. Azərbaycanda hasilatın artırılması hesabında təbii qazın alınması Mərkəzi Avropaya təbii qaz tədarükü üçün yeni mənbələrin tapılması baxımından ən real ssenaridir", - deyə nazir bildirib.