XƏBƏRLƏR / Siyasət

Türkiyə və Yunanıstanın kəşfiyyat rəhbərləri görüşüb

Bu barədə "TRT Haber" məlumat yayıb

Türkiyə və Yunanıstanın kəşfiyyat rəhbərləri görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə və Yunanıstan kəşfiyyat xidmətlərinin rəhbərləri əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

    TRT Haber-in məlumatına görə, Türkiyənin kəşfiyyat agentliyinin rəhbəri MİT İbrahim Kalın ötən həftə Afinaya səfər edərək yunan həmkarı Temistoklis Demiris ilə görüşüb.

    Görüşdə ikitərəfli münasibətlər, Egey dənizi və Şərqi Aralıq dənizindəki vəziyyət, NATO çərçivəsində əməkdaşlıq, terrorizm, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya və insan alveri ilə mübarizə məsələləri müzakirə edilib.

    Onlar Qəzza zolağı, Suriya, Livan, Liviyadakı vəziyyət və ABŞ ilə İran arasındakı münaqişə barədə fikir mübadiləsi aparıblar.

    Görüşdən sonra tərəflər kəşfiyyat təşkilatları arasında əməkdaşlığı gücləndirmək və onu strateji səviyyədə inkişaf etdirmək barədə razılığa gəliblər.