XƏBƏRLƏR / Siyasət

"Türkiyə ilə sərhədin açılması biznesə müsbət təsir edəcək"

Bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib

"Türkiyə ilə sərhədin açılması biznesə müsbət təsir edəcək"
Vahan Kerobyan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Erməni biznesmenlər Türkiyə ilə sərhədin açılmasının müsbət təsirini hiss edəcək". "Sputnik Armenia" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib. "Bizdə olan məlumata görə, hələ ki, müntəzəm daşımalar yoxdur. Ölkələrin coğrafi yaxınlığını nəzərə alsaq, olmaya da bilər. Çünki Gürcüstan ərazisindən quru nəqliyyat əlaqəsi kifayət qədər əlçatandır. Lakin ola bilsin ki, burada bəzi yüklər daşınsın", - deyə erməni nazir bildirib.

    "Quru sərhədinin açılmasına gəlincə, bu, iqtisadiyyatın böyüməsinə səbəb olacaq. Bunun üçün imkanları Türkiyə bazarının özü təmin edir və Türkiyədən keçməklə Yaxın Şərq ölkələrinə tranzit mümkündür", - deyə Kerobyan əlavə edib.