XƏBƏRLƏR / Siyasət

ATƏT-in Minsk qrupu ləğv edildi

Bu barədə ATƏT-in bəyanatında bildirilib

ATƏT-in Minsk qrupu ləğv edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın və Ermənistanın ATƏT-in Finlandiya Sədrliyinə birgə müraciətindən sonra təşkilat Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də qəbul edilmiş qərarına uyğun olaraq 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanmasını yekunlaşdırdı.

    Bu barədə ATƏT-in bəyanatında bildirilib.

    Qeyd edilib ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir. Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı və ABŞ Prezidenti Donald Trampın da şahidi olduğu tarixi Birgə Bəyannamənin ardınca ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarını həyata keçirdi.