XƏBƏRLƏR / Siyasət

Qazaxıstan Prezidenti Tokayev Qırğızıstana səfər edib

İssık-Kul Beynəlxalq Hava Limanında Qasım-Jomart Tokayevi Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adilbek Kasımalıyev qarşılayıb

Qazaxıstan Prezidenti Tokayev Qırğızıstana səfər edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlət başçıları və Azərbaycan Prezidentinin qeyri-rəsmi Məşvərət Görüşündə iştirak etmək üçün Qırğızıstana səfər edib.

    Görüş 31 iyulda İssık-Kul bölgəsinin Çolpon-Ata şəhərində keçiriləcək.

    İssık-Kul Beynəlxalq Hava Limanında Qasım-Jomart Tokayevi Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adilbek Kasımalıyev qarşılayıb.

    Görüş zamanı Mərkəzi Asiya ölkələri və Azərbaycan liderlərinin regional əməkdaşlıq, tərəfdaşlığın gücləndirilməsi və cari beynəlxalq və regional məsələləri müzakirə etmələri gözlənilir.