Paşinyanın Şarl Mişellə görüşündəki təxribatı VİDEO
Paşinyan danışıqları pozmaq və Azərbaycan tərəfinə sataşmaq üçün əlindən gələni edir
Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.
Görüş zamanı Paşinyan Şarl Mişelə separatçıların başçısı Araik Arutyunyanın məktubunu təqdim edib.
Bu addım Azərbaycanın daxili işlərin kobud müdaxilədir. Məqsəd Azərbaycan tərəfini təxribata çəkmək və danışıqları pozmaqdır, bununla da erməni tərəfi ənənəvi vaxtuzatma siyasətinə sadiq olduğunu bir də sübut etdi.
Mişel bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.