Rusiya Azərbaycana sataşmaqda davam edir
Rusiya XİN müavini Andrey Rudenko Azərbaycan səfiri Polad Bülbüloğlu ilə görüşdə sərt danışıb.
Rusiya XİN müavini Andrey Rudenko Azərbaycan səfiri Polad Bülbüloğlu ilə görüşdə sərt danışıb.
Rusiya XİN-in görüşlə bağlı məlumatında Azərbaycan XİN rəsmi Moskvanın qəribə bəyanatına cavabı "qeyri-korrekt" adlandırılıb.
Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünə həmişə hörmətlə yanaşması qeyd edilsə də, "Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin müstəsna olaraq dinc siyasi və diplomatik üsullarla təmin edilməsi" şərt kimi qoyulur.
Məlumatda Azərbaycandan "sülh müqaviləsinin razılaşdırılması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü" təşkil edilməsi tələb olunur. Azərbaycan və Ermənistan arasında sülh sazişinin ancaq Moskvada imzalanmasına ultimativ şəkildə şərt qoyulur.
Heç də dost və müttəfiqlik tonunda verilməyən bu üzdəniraq məlumatın sonunda riyakarcasına "görüş qarşılıqlı hörmət və konstruktiv şəraitdə keçdi" kimi qeyd olunub.
Ən maraqlısı isə budur ki, belə təhqiredici və müttəfiqə yaraşmayan tonda verilən məlumatı bəzi Azərbaycan KİV-ləri Polad Bülbüloğlunun "qələbəsi" və Rusiyanın "anlaşılmazlıq və məyusluq doğuran" mövqeindən geri çəkilməsi kimi qələmə verir.