XƏBƏRLƏR / Siyasət

Azərbaycan tərəfi Moskva görüşü haqda məlumatı təsdiqlədi

Azərbaycan nümayəndə heyəti ilə görüşü Rusiya Baş nazirinin müavini Aleksey Overçuk anons etmişdi

Azərbaycan tərəfi Moskva görüşü haqda məlumatı təsdiqlədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gələn həftə Rusiyada Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.

    "Trend" bu barədə etibarlı mənbələrdən məlumat əldə edib.

    Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.

    Qeyd edək ki, görüş haqda ilk məlumatı Aleksey Overçuk vermişdi: "Gələn həftənin sonunda Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsini müzakirə edəcəyəm".