XƏBƏRLƏR / Siyasət

BMT Azərbaycana yeni Rezident Koordinator təyin edib

Dmitri Şlapaçenko Baş katib Antonio Quterreşin təklifi ilə təyin olunub

BMT Azərbaycana yeni Rezident Koordinator təyin edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • BMT Baş katibi Azərbaycanda yeni Rezident Koordinator təyin edib.

    BMT Baş katibi Antonio Quterreş Dmitri Şlapaçenkonu təşkilatın Azərbaycandakı yeni Rezident Koordinatoru təyin edib. BMT-nin məlumatına görə, o, artıq rəsmi olaraq vəzifələrinin icrasına başlayıb.

    Bakıya təyin olunmazdan əvvəl Şlapaçenko Türkmənistanda da oxşar vəzifədə çalışıb. BMT qeyd edib ki, o, diplomatiya, beynəlxalq əməkdaşlıq, sülhməramlılıq və inkişaf proqramlarının əlaqələndirilməsi sahəsində 28 illik təcrübəyə malikdir və əvvəllər BMT-nin İraq, Somali, Tacikistan və digər ölkələrdəki missiyalarında xidmət edib.