XƏBƏRLƏR / Siyasət

Sabah Moskvada üçtərəfli görüş olacaq YENILƏNİB

Ermənistan mənbələri Rusiya-Azərbaycan-Ermənistanın XİN rəhbərlərinin görüşü haqda məlumat yayıb

Sabah Moskvada üçtərəfli  görüş olacaq YENILƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan xarici işlər nazirliyi xəbər verir ki, nazir Ceyhun Bayramov Moskvaya yollanıb və orada sabah Rusiya və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüş keçiriləcək.

    ***

    Ermənistan xarici işlər nazirliyinin verdiyi xəbərə görə iyulun 25-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri S.V.Lavrov və Azərbaycan Respublikasının xarici işlər nazirləri D.A.Bayramov və Ermənistan Respublikasının xarici işlər nazirləri A.S.Mirzoyan arasında üçtərəfli və ayrıca ikitərəfli danışıqlar keçiriləcək.