Rusiyanın XİN nümayəndəsi regiona səfərini İrəvandan başladı
Xüsusi nümayəndə İqor Xovayev Ermənistan TŞ katibi Armen Qriqoryanla görüşüb
İyulun 21-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Federasiyası xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Qriqoryan və Xovayev Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.
Erməni mənbələri xəbər verir ki, tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib və Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasından danışıblar.