XƏBƏRLƏR / Siyasət

Putin Paşinyanı məşhər ayağına çəkəcək FOTO

Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır

Putin Paşinyanı məşhər ayağına çəkəcək FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın “Joxovurd” qəzeti mənbələrə istinadən yazır ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsən ondan aydınlıq əldə etmək üçün uzun müddət Rusiyaya səfərini gözləyirdi.

    Nəşrin yazdığına görə, Rusiya hakimiyyəti son dərəcə ciddidir və Ermənistan-Rusiya münasibətlərindəki gərgin vəziyyətlə bağlı Paşinyandan aydın cavablar tələb edəcək.

    “Ermənistan hakimiyyəti uzun müddət Rusiyanın vasitəçiliyi ilə təşkil edilən bütün görüşlərdən yayınıb, lakin belə görünür ki, Paşinyan Rusiya ilə münasibətləri nəhayət pozmaq fikrindən peşman olub və onları bərpa etmək qərarına gəlib. Bu mənada onun Rusiyaya səfərini tarixi adlandırmaq olar”, - qəzet qeyd edir.