Ermənistan Moskvadan uzaqlaşaraq Qərbə yaxınlaşmağa başlayıb
NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina belə deyib

NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstan televiziyasına müsahibə verib. Müsahibədə Kolomina Ermənistanın xarici siyasət kursundan danışıb.
"Məncə, Ermənistan xarici siyasətində Moskvadan müəyyən məsafədə düzəlişlər etdi. Biz bunu alqışladıq. Məncə, Ermənistan artıq bizə yaxınlaşmağa başlayıb", - o əlavə edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Aİİ və MDB toplantılarına qatılmaq üçün Rusiyanın Sankt-Peterburq şəhərinə gedib.