"Sülh sazişinin hazırlanmasına kömək etməyə hazırıq”
Bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib
“Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanmasına hər cür yardım göstərməyə hazırdır”. Bunu “TASS”a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
“Biz bundan sonra da Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanmasına hər cür köməklik göstərməyə hazırıq”, - deyə Qonçar qeyd edib.
O, ölkəsinin bu məqsədlər üçün Rusiyada yüksək səviyyəli üçtərəfli görüşlərin təşkilinə hazır olduğunu da vurğulayıb.