Paşinyan Mişellə telefonla danışıb
Ermənistanın baş naziri Aİ Şurasının sədri ilə Ermənistan-Azərbaycan danışıqlarını müzakirə edib
Paşinyan Mişellə Ermənistan-Azərbaycan danışıqlarını müzakirə edir
Ermənistanın baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.
Həmsöhbətlər son hadisələri, Ermənistan-Azərbaycan danışıqlar prosesini və sülh gündəmini müzakirə ediblər, regionda sabitliyin və sülhün təmin olunması istiqamətində ardıcıl iş aparıldığını vurğulayıblar.