Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb
Nazir qeyd edib ki, İsraildə Azərbaycan səfirliyin açılması müdafiə sahəsində əməkdaşlığı daha da genişləndirəcək
İsraildə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müdafiə naziri Yoav Gallantla görüşüb.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitterdə bildirib.
Səfir tərəflər arasındakı görüşün dostluq şəraitində keçdiyini bildirib, görüşü məhsuldar adlandırıb.
Dik qeyd edib ki, nazirlər İsraillə Azərbaycan arasında strateji münasibətlərin genişləndirilməsini müzakirə ediblər.
"Azərbaycanın xarici işlər naziri ilə görüşmək mənim üçün xoş oldu."
Bu barədə isə İsrailin müdafiə naziri Yoav Gallant Ttwitter-də bildirib.
Nazir qeyd edib ki, İsraildə Azərbaycan səfirliyin açılması həm müdafiə, həm də mülki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradacaq və o, bunu alqışlayır.