Britaniya səfiri bu gün Zəngilan və Qubadlıya gedir
Bu barədə səfir özünün Twitter səhifəsində yazıb
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld şənbə günü Zəngilan və Qubadlıya səfərə yollanır. Bu barədə səfir özünün Twitter səhifəsində yazıb.
"Zəngilan və Qubadlıya ilk səfərimə hazırlaşıram. Ümid edirəm ki, İngiltərə-Fransa oyununa baxmaq üçün vaxtında qayıdacağam. Mən əlbəttə ki, İngiltərəyə azərkeşlik edəcəyəm. Bəs siz?", - deyə səfir bildirib.