Aİ Azərbaycan və Ermənistan arasında fəal işləyir
Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında etimad mühiti yaratmaq üçün fəal işləyir, lakin daha çox səy tələb olunur. Bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar İstanbulda keçirilən Forumunun kuluarlarında deyibş Klaar qeyd edib ki, sülh üçün fürsət var.
"30 illik münaqişədən sonra etimad mühitinin yaradılması çox səy tələb edir və Aİ bu məqsədə çatmaq üçün daha çox addımlar atmalıdır", - diplomat bildirib. Onun sözlərinə görə, hər iki tərəfdən “liderlik lazımdır” və söhbət təkcə iki dövlətin liderlərinin səylərindən deyil, həm də erməni və Azərbaycan cəmiyyətləri arasında etimadın yaradılmasına yönəlmiş tədbirlərin görülməsindən gedir.