XƏBƏRLƏR / Siyasət

"Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik"

Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib

"Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik"
Mariya Zaxarova
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Rusiya Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üçün lazım olan kartoqrafik materialları verməyə hazırdır".

    Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

    "Moskva İrəvan və Bakı nümayəndələrinin sərhəddə son görüşünü alqışlayır. Rusiya Federasiyası delimitasiya prosesinə hər cür kömək göstərməyə hazırdır, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşündə təsdiqləyib", - o əlavə edib.

    "Üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaların əldə olunmasında sonrakı ləngimələr Ermənistan da daxil olmaqla, region ölkələrinin maraqlarına zidd olacaq", - Zaxarova bildirib.