Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin şəxsi nümayəndəsi, onun tapşırığı çərçivəsində "Laçın dəhlizi"nə və Ermənistana səfərə gəlmiş Anjey Kaspşiklə görüşüb. Belə ki, Buyar Osmani ona "Laçın dəhlizi"nə baş çəkməyi və vəziyyətlə bağlı hesabat təqdim etməyi tapşırıb.
Ermənistan mətbuatı xəbər verir ki, görüş zamanı regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
Tərəflər "Laçın dəhlizi" və Qarabağ ətrafında fikir mübadiləsi aparıblar.