Paşinyan: Laçın yolu ilə bağlı razılığa gələ bilmədik
Bunu Ermənistanın baş naziri parlamentinin iclasında deyib
Paşinyan Əliyevlə Laçın yolu ilə bağlı razılığa gələ bilməyib.
"Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Brüsseldə Laçın yolunu “açmaq” baxımından danışıqlar heç bir nəticə vermədi". Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentinin iclasında belə deyib.
Eyni zamanda, Paşinyan bildirib ki, "Brüsseldə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün tanınmasını təsdiqləyib".
Baş nazir həm də bildirib ki, Brüssel görüşündən çox konkret nəticələr təqdim edə bilmirəm, lakin danışıqlar prosesi mümkün qədər intensiv davam etməli, qarşılıqlı məqbul həll yollarının tapılması üçün səylər göstərilməlidir.