XƏBƏRLƏR / Siyasət

Şimali Kipr Prezidenti Azərbaycanda səfərdədir FOTO

YENİLƏNİB

Şimali Kipr Prezidenti Azərbaycanda səfərdədir FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16:03

    Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetində Fəxri Doktor Diplomu təqdim edilib.

    Prezidentə fəxri doktor diplomunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev təqdim edib.

    Ersin Tatara həmçinin fəxri mantiya da təqdim edilib.

    ***

    12:09

    Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana səfərə gəlib.

    Ersin Tatarı hava limanında xarici işlər nazirinin müavini Samir Şərifov və Türkiyə səfiri Birol Akgün qarşılayıb.

    Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xankəndində keçiriləcək 17-ci sammitində iştirak edəcək.

    Eyni zamanda E.Tatarın səfər çərçivəsində onun bir sıra tədbirlərə qatılacağı gözlənilir.

    Bundan başqa, Şimali Kipr Prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.