Ərdoğan Türkiyədə səfərdə olan Rüstəm Minnixanovla görüşüb
Türkiyə Prezidenti Tatarıstan rəhbərinin Ankarada olduğundan xəbər tutaraq onu görüşə dəvət edib VİDEO

Tatarıstan rəhbəri Rüstəm Minnixanov Türkiyə Prezidenti Rəcəb Ərdoğanla görüşüb.
VİDEO
Bu barədə Rüstəm Minnixanovun mətbuat katibi Liliya Qalimova xəbər verib.
Türkiyə Prezidenti R.T.Ərdoğan nazirlərlə görüş keçirərkən, ona məlumat verilib ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov Ankarada işgüzar səfərdədir. Bundan xəbər tutan Rəcəb Tayyib Ərdoğan Rüstəm Minnixanovu görüşə dəvət edib.
Türkiyə lideri BRİKS-də iştirak etmək üçün Kazana səfərini hərarətlə xatırlayıb. O əlavə edib: “Mən sizin səylərinizi böyük hörmətlə müşahidə edirəm və Rusiya ilə İslam dünyası ölkələri arasında əlaqələrin inkişafına verdiyiniz töhfəni qeyd etmək istəyirəm”, - deyə Ərdoğan bildirib.