Aİ liderləri iqtisadi strategiyaya görə Belçikada toplaşır
Bu barədə “Euronews” məlumat yayıb
Bu gün Avropa İttifaqının 27 ölkəsinin liderləri Belçikanın şərqindəki Alden Biesen qəsrində bir araya gələrək Aİ-nin iqtisadiyyatını gücləndirmək, sərmayələri cəlb etmək, tənzimləyici maneələri aradan qaldırmaq və yenilikləri təşviq etmək üçün strategiya üzərində işləyəcəklər.
Bu barədə “Euronews” məlumat yayıb.
Bildirilir ki, bu mövzu son dövrlərdə daha da vacib olub, çünki Avropa, ABŞ-ın tətbiq etdiyi yüksək rüsumları və Çindən gələn ucuz mallar kimi problemlərlə üzləşir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen sammit öncəsi qeyd edib ki, Avropanın qlobal gücü böyük ölçüdə onun iqtisadi gücünə bağlıdır.
"Rəqabətlilik təkcə rifahımızın təməli deyil, həm də təhlükəsizliyimizin və nəhayət demokratiyalarımızın da təməlidir" - von der Leyen bildirib.
1 dəqiqə