Tramp Rza Pəhləvinin İrana rəhbərlik edə biləcəyinə inanmır
O, bu barədə "Reuters" agentliyinə müsahibəsində bəyan edib
Tramp Rza Pəhləvinin İrana rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşıb
Donald Tramp İranın son şahının böyük oğlu Rza Pəhləvinin ölkə daxilində dəstək qazanıb-qazanmayacağına birmənalı qiymət verə bilməyib.
O, bu barədə "Reuters" agentliyinə müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, R.Pəhləvi "xoş adam kimi görünür", lakin "öz ölkəsində necə rol oynaya biləcəyi" tam aydın deyil.
"Biz hələ o mərhələyə çatmamışıq - bir çox variantları nəzərdən keçiririk. Danışmaq üçün çox tezdir. Bilmirəm, ölkəsi onun liderliyi qəbul edəcək ya yox. Əgər bunu etsələr, bu məni tamamilə qane edəcək", - Tramp bildirib.
1 dəqiqədən az