Tramp 25 belarus siyasi məhbusu azadlığa buraxdırdı
Əvəzində ABŞ Belarusun 2 şırkətindən sanksiyaları götürəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko 25 siyasi məhbusu həbsdən azad edib.

Bu Trampın xüsusi elçisi Con Koulun Lukaşenko ilə danışıqlarından sonra mümkün olub.
Əvəzində ABŞ iki Belarus şirkəti olan "Lakokraska" və "Bellesbumprom"a qarşı sanksiyaları ləğv edəcək.
Qeyd edək ki, avqustun sonunda Koul ABŞ-ın artıq Belarusdakı 700-800 məhbusun azadlığa buraxılmasını təmin etdiyini bildirib. Trampın xüsusi nümayəndəsi bildirib ki, "Bildiyim qədəri ilə, yüksək vəzifəli məhbusların demək olar ki, hamısı azadlığa buraxılıb". Koul sonuncu dəfə mart ayında Belarusa səfər etmişdi və o, "Belinvestbank", "İnkişaf" Bankı və Maliyyə Nazirliyinə qarşı ABŞ sanksiyalarının ləğvini, eləcə də "Belaruskali" Şirkəti bütün sanksiya siyahılarından çıxarıldığını elan etmişdi.
1 dəqiqədən az