ABŞ Konqresi Azərbaycana 100% gömrük haqqı tətbiq etmədi
Nümayəndələr Palatası Rusiyaya qarşı olan mərhum senator Lindsi Qrehemin adını daşıyan qanun layihəsini müzakirə edir
ABŞ Konqresi Azərbaycanı 100%-ə qədər gömrük haqqı məruz qalan ölkələrin siyahısına birbaşa daxil edəcək düzəlişi rədd edib.
ABŞ Nümayəndələr Palatasının Reqlament Komitəsi Rusiyaya qarşı sanksiyaları gücləndirmək üçün qanun layihəsinin Nümayəndələr Palatasına təqdim edilməsini təsdiqləyib və Azərbaycanı 100%-ə qədər mümkün görük haqqına məruz qalan ölkələrin siyahısına birbaşa daxil edəcək düzəlişi rədd edib.

Mərhum senator Lindsi Qrehemin adını daşıyan qanun layihəsi Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasını təklif edir və ABŞ Prezidentinə Rusiya neftinin və ya təbii qazının ən böyük beş alıcısına, eləcə də sanksiyalardan yayınmaya kömək edən ölkələrə yüksək tariflər tətbiq etmək üçün əlavə səlahiyyət verir. Senat qanun layihəsini 7 avqustda təsdiqlədi. Nümayəndələr Palatası tərəfindən təsdiqlənərsə, qanun layihəsi imzalanmaq üçün ABŞ Prezidentinə göndəriləcək.
Komitə tərəfindən rədd edilən düzəlişdə qanun layihəsinin 113(c) bölməsinə ölkələrin konkret siyahısının əlavə edilməsi təklif olunurdu. Bu siyahıya Çin, Hindistan, Türkiyə, Azərbaycan, Macarıstan, Slovakiya, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Qazaxıstan və Qırğızıstan daxil idi.
Düzəlişin mətninə görə, məhz bu ölkələr əvvəlcə ABŞ-ın 100%-ə qədər tarifləri üçün potensial hədəflər kimi nəzərdən keçirilmişdi.
1 dəqiqə