Rusiya və Ermənistan "qaçdı-tutdu" oyunu oynayırlar
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ölkədən çıxarılması ilə bağlı söz güləşdirməsi
"Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir açıqlama verilməyib".
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib. O, əlavə edib ki, "burada (Ermənistanda - ANS Press) fransız əsgərlərini təsəvvür etmək çətindir, ən azı coğrafi uzaqlığa görə".
Xarici işlər nazirinin müavini bildirib ki, Moskva Rusiya hərbi bazasının Ermənistan və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementi olmasından irəli gəlir və hələlik buna real alternativ yoxdur.
"Ermənistan Gümrüdəki bazasını çıxarmaq niyyəti ilə bağlı Moskvadan heç bir açıqlama almayıb".
Bu barədə brifinqdə, Qaluzinin bəyanatına cavab olaraq, Ermənistan Parlamentinin sədr müavini Vaaqn Aleksanyan bildirib.
Onun sözlərinə görə, Rusiya hərbi bazası Ermənistana baha başa gəlir, lakin İrəvan həm onun geri çəkilməsi, həm də saxlanması məsələsini müzakirə etməyə hazırdır.
"Əgər onlar hərbi bazanı çıxarmaq istəyirlərsə, bunu elan etməlidirlər. Əgər istəmirlərsə, bu da müzakirə mövzusudur. Biz bunu müzakirə etməyə hazırıq" - Aleksanyan vurğulayıb.
1 dəqiqə