XƏBƏRLƏR / Siyasət

Tramp: TRİPP İrana qarşı böyük üstünlük verəcək

Bunu ABŞ Prezidenti "Hill" nəşrinə müsahibəsində deyib

Tramp: TRİPP İrana qarşı böyük üstünlük verəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tramp bildirib ki, "Tramp Marşrutu" nəqliyyat layihəsi ABŞ-a İrana qarşı "böyük üstünlük" verəcək.

    "Sülh sazişinin reallaşması üçün əsas şərtlərdən biri Azərbaycanı öz eksklavı ilə birləşdirən və Ermənistan ərazisindən keçən bir yolun tikintisidir. Bu yol "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlandırılacaq.

    Bundan əlavə, ABŞ layihəni həyata keçirən şirkətdə azı 49 il müddətinə 74 faizlik paya sahib olacaq. Bu o deməkdir ki, amerikalılar yarım əsr ərzində yollar, dəmir yolları, enerji kəmərləri və rəqəmsal şəbəkələrdən əhəmiyyətli pay əldə edəcəklər." - Tramp bildirib

    Amerika lideri bu açıqlamanı "The Hill" qəzetinin jurnalisti ilə telefon danışığında verib.