TRIPP Cənubi Qafqazı əbədi olaraq dəyişəcək
Bunu ABŞ Dövlət katibinin iqtisadi işlər üzrə müavini Ceykob Helberq “X” hesabında yazıb
Ermənistana və Azərbaycana vitse-prezident C.D.Vensi müşayiət edən ABŞ Dövlət katibinin iqtisadi işlər üzrə müavini Ceykob Helberq səfər haqqında təsuratlarını bölüşüb:
“Azərbaycanda, Bakıda çox məhsuldar bir səfəri başa vurduq. Bu şəhərin qonaqpərvərliyi və böyük enerjisi həqiqətən də, möhtəşəm idi. Aydındır ki, Tramp administrasiyasının Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) regionu əbədi dəyişəcək. Vitse-Prezident Ceyms Devid Vensin tarixi səfəri regional stabillik və müştərək iqtisadi inkişaf üçün güclü əsas formalaşdırıb", - o qeyd edib.
1 dəqiqədən az