XƏBƏRLƏR / Siyasət

ABŞ Suriyadan qoşunlarını çıxaracağmı?

Tramp qoşunların Suriyadan mümkün çıxarılması ilə bağlı xəbərlərə münasibət bildirib

ABŞ Suriyadan qoşunlarını çıxaracağmı?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tramp qoşunların Suriyadan mümkün çıxarılması ilə bağlı xəbərlərə münasibət bildirib.

    ABŞ prezidenti Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Vaşinqtonun Amerika qoşunlarının ərəb respublikasından çıxarılması ehtimalı ilə bağlı qərar verəcəyini bildirib. “Bunu kimin dediyini bilmirəm, amma bununla bağlı qərar verəcəyik”, Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması ehtimalı ilə bağlı xəbərlərə belə münasibət bildirib.

    “Biz Suriyadakı vəziyyətə qarışmırıq. Bu onların qarmaqarışıqlığıdır. Onların orada kifayət qədər problemləri var. Onların bizim qarışmağımıza ehtiyacı yoxdur”, o əlavə edib.