Zərif HƏMAS-ı İran-Amerika danışıqlarını pozmaqda suçladı
Bunu İranın vitse-prezidenti Cavad Zərif Davosda Dünya İqtisadi Forum çərçivəsində verdiyi üsahibədə deyib
İranın strateji məsələlər üzrə vitse-prezidenti Cavad Zərif Davos forumunda bildirib ki, HƏMAS İran və ABŞ arasında nüvə danışıqlarını pozub:
"7 oktyabr hadisələrindən xəbərimiz yox idi. Oktyabrın 9-da JCPOA-nın yenilənməsini müzakirə etmək üçün amerikalılarla görüş planlaşdırılırdı, lakin "Əl-Əqsa Fırtınası" əməliyyatı bizi bu fürsətdən məhrum etdi".