İranın XİN rəhbəri Vaşinqtona buraxılmayıb
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib
İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Nyu-Yorkda BMT Baş Assambleyasının iclasından sonra İranın konsulluq maraqları ilə bağlı yenidən Vaşinqtona ziyarətə getmək istəyi rədd edilib.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə açıqlaması zamanı bildirib.
“Onlar bu tələbi irəli sürüblər və Dövlət Departamenti bunu rədd edib. Bizim İran rəsmilərinin və xarici hökumətlərin digər rəsmilərinin BMT işləri üçün Nyu-Yorka gəlməsinə icazə vermək öhdəliyimiz var. Lakin onların Vaşinqtona getməsinə icazə vermək öhdəliyimiz yoxdur. İranın ABŞ vətəndaşlarını qanunsuz olaraq həbs etməsini nəzərə alaraq biz bu halda həmin tələbin yerinə yetirilməsini nə məqsədəuyğun, nə də zəruri hesab edirik”, - deyə Miller vurğulayıb.