XƏBƏRLƏR / Siyasət

Putin Kremldə Əsədlə danışıqlar aparıb

Bu barədə Rusiya KİV-i məlumat yayıb

Putin Kremldə Əsədlə danışıqlar aparıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

    Bu barədə Rusiya KİV-i məlumat yayıb.

    Putin Əsədlə bölgədəki vəziyyəti, o cümlədən Suriya məsələsini müzakirə edəcəyini bildirib. Bundan əlavə, iki ölkə liderləri ticarət-iqtisadi əlaqələri müzakirə edəcəklər.