Serbiya şirkətləri Qarabağ və Şərqi Zəngəzura dəvət edilib
Dəvəti xarici işlər naziri Ceyhun Bayramov Belqradda serbiyalı həmkarı İvitsa Daçiçlə görüşdə çatdırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Belqradda Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiçlə görüşüb.
Görüş zamanı Serbiyadan olan şirkətlər və investorlar Ələt Azad İqtisadi Zonada, eləcə də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı bərpa işlərində iştirak etmək, eləcə də bu bölgələrdə mümkün investisiya sahələrini araşdırmaq üçün dəvət olunub.