İsrailin Baş naziri Netanyahu ABŞ-a gəlib
Onun fevralın 4-də yerli vaxtla saat 18:00-da Trampla görüşü planlaşdırılır

Ötən gecə İsrailin Baş naziri Binyamin Netanyahu dövlət səfəri üçün Vaşinqtona gəlib. Onu hava limanında yəhudi dövlətinin ABŞ və BMT-dəki səfirləri Leiter və Danon, həmçinin ölkənin Nyu-Yorkdakı konsulu Akunis qarşılayıb.
İsrail hökuməti başçısının cədvəlinə əsasən, fevralın 3-də o, ABŞ Prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Vitkoff ilə görüşəcək və bu, Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara start verəcək.
Fevralın 4-də yerli vaxtla saat 18:00-da Trampla görüş planlaşdırılır.
Fevralın 5-də Netanyahu Pentaqonun rəhbəri Heqsetlə, daha sonra isə hər iki palatanın (Nümayəndələr Palatası və Senat) liderləri ilə görüşəcək.
Netanyahu Vaşinqtona uçmazdan əvvəl Trampla müzakirə etməyi planlaşdırdığı əsas mövzuları açıqlayıb:
- "Həmas" üzərində qələbə,
- bütün girovların qaytarılması,
- İran oxuna qarşı mübarizə.