XƏBƏRLƏR / Siyasət

Zelenski İlham Əliyevə təşəkkür etdi

Bunu Ukrayna Prezidenti öz Twitter hesabında yazıb

Zelenski İlham Əliyevə təşəkkür etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Prezidenti Volodimir Zelenski öz Twitter səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

    “Ukraynanın ehtiyacları üçün enerji avadanlıqlarının alınmasına yardımın göstərilməsi qərarını alqışlayıram.

    Dost Azərbaycana verilən bu dəstək Ukraynanın enerji kompleksinin davamlı hücumlar qarşısında dayanıqlığını təmin etmək üçün vacibdir. Biz enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik”, - deyə Zelenski bildirib.