Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşü keçib
Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Özbəkistanda keçiriləcək YENİLƏNİB/FOTO/VIDEO
14:16
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik Qazaxıstandan Özbəkistana keçib.
Bu barədə Qazaxıstan Prezidenti iqamətgahının (Akorda) mətbuat xidmətinə istinadən xəbər verir.
Astanada keçirilən VI Məşvərət görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış ediblər.
K.Tokayev çıxışının sonunda Məşvərət görüşünün növbəti sədri postunda Ş.Mirziyoyevə böyük uğurlar arzulayıb.
Prezidentlər həmçinin üç sənəd, o cümlədən VI Məşvərət görüşünün yekunlarına dair Birgə Bəyanat, “Mərkəzi Asiya - 2040” Regional Əməkdaşlığın İnkişafı Konsepsiyası və “Özbəkistan Respublikası Prezidenti Mirziyoyev Şavkat Miromonoviçin Mərkəzi Asiya dövlət başçılarının fəxri nişanı ilə təltif edilməsi haqqında” VI Məşvərət görüşünün qərarını imzalayıblar.
Bundan əlavə, görüşdə Mərkəzi Asiya ölkələrinin liderləri “2025-2027-ci illər üçün regional əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni və “Mərkəzi Asiya dövlətlərinin sənaye əməkdaşlığının inkişafına dair 2025-2027-ci illər üçün Fəaliyyət Planı”nı təsdiq ediblər.
***
12:11
Kasım-Jomart Tokayevin sədrliyi ilə Astanada Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşü keçirilib.
Qazaxıstan Prezidenti qeyd edib ki, məşvərət görüşlərinin nəticələri regional əməkdaşlığı görünməmiş səviyyəyə çatdıraraq, ona sistemli, hərtərəfli və ən əsası etimad xarakteri daşıyır.
Kasım-Jomart Tokayev Qazaxıstanın Mərkəzi Asiya Ölkələrinin İşgüzar Şurasının yaradılması təklifini dəstəklədiyini bildirib.
Onun fikrincə, regionun tranzit-nəqliyyat potensialının daha da inkişaf etdirilməsi, eləcə də Mərkəzi Asiyanın Nəqliyyat Sisteminin İnkişafı üzrə Kompleks Strategiyanın qəbulu böyük əhəmiyyət kəsb edir.
Məşvərət görüşündə Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də çıxış ediblər.
Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının VI Məşvərət Görüşünün yekunlarına görə prezidentlər aşağıdakı sənədləri imzalayıblar VIDEO:
1. Mərkəzi Asiya dövlət başçılarının VI Məşvərət Görüşünün yekunları üzrə Mərkəzi Asiya dövlət başçılarının birgə bəyanatı;
2. “Mərkəzi Asiya – 2040” regional əməkdaşlığın inkişafı Konsepsiyası;
3. “Özbəkistan Respublikasının Prezidenti Mirziyoyev Şavkat Miromonoviçə Mərkəzi Asiya Dövlət Başçılarının Şərəf Nişanı” ordeni ilə təltif edilməsi haqqında” Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşünün Qərarı.
Mərkəzi Asiya dövlət başçılarının birgə bəyanatı ilə aşağıdakı sənədlər təsdiq edilib:
1. 2025-2027-ci illər üçün regional əməkdaşlığın inkişafına dair yol xəritəsi;
2. 2025-2027-ci illər üçün Mərkəzi Asiya dövlətlərinin sənaye əməkdaşlığının inkişafı üzrə fəaliyyət planı.
Mərkəzi Asiya Ölkələri Dövlət Başçılarının VI Məşvərət Görüşü çərçivəsində rəsmi nümayəndə heyətlərinin üzvləri aşağıdakı sənədləri imzalayıblar:
1. Mərkəzi Asiya dövlətlərində nəqliyyat və logistika mərkəzlərinin inkişafına dair Anlaşma Memorandumu;
2. Mərkəzi Asiya ölkələrinin enerji nazirlərinin birinci görüşünün yekunu üzrə kommünike;
3. Mərkəzi Asiya dövlətlərinin nəqliyyat nazirlərinin ikinci iclasının Astana kommünikesi.