XƏBƏRLƏR / Siyasət

11 təşkilat AŞPA-nı Azərbaycana şərt qoymağa çağırıb

Azərbaycan nümayəndə heyətinin Assambleyaya qayıtması üçün şərtləri müəyyən etmək təklif olunub

11 təşkilat AŞPA-nı Azərbaycana şərt qoymağa çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq təşkilatlar Avropa Şurası Parlament Assambleyasını Azərbaycan nümayəndə heyətinin Assambleyaya qayıtması üçün şərtləri müəyyən etməyə çağırıblar.

    "2025-ci ilin yanvarında Azərbaycanın səlahiyyətlərinə dair səsvermə ərəfəsində Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyəti yenidən Assambleyaya qəbul edilməzdən əvvəl ölkənin cavab verməli olduğu dəqiq meyarları hazırlamalı və əməl olunmasını təmin etməlidir", - 11 təşkilatın İnsan Hüquqları Evləri Fondunun saytında dərc olunmuş müraciətində deyilir.